Главная » 2012 » Mart » 27 » Yunis Hüseynov: “İnter”i keçmək istəyirik”
18:14
Yunis Hüseynov: “İnter”i keçmək istəyirik”
"İnter” möhkəm komandadı. Uzun müddət bir yerdə çıxış edən futbolçulardan təşkil olunub. Amma biz onları keçmək istəyirik”. Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
"Xəzər Lənkəran” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "İnter”i qəbul edəcək. Bu komandalar arasında ilk matç "bankirlər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Yunis Hüseynov onları çətin oyunun gözlədiyini bildirib: "Çətin oyun olacaq. Kubok oyunları çempionat matçlarından fərqli olur. İndi sadəcə bu görüşə köklənmişik”.