Bolqarıstan klublarının təşəbbüsü ilə yaradılan
Cənub-Şərqi Avropa Liqasının təsisi ilə bağlı yığıncaq noyabrın 15-də
keçiriləcək.
Artıq iclasa dəvət
olunan klubların siyahısı da açıqlanıb. UEFA-nın tanımadığı yarışda
Azərbaycanı Bakının "İnter” klubu təmsil edəcək. Klubun prezidenti
Georgi Nikolov tədbirə dəvətlilər sırasındadır.İkiqat Azərbaycan çempionundan başqa Rumıniyanın "Dinamo”, Serbiyanın
"Voyvodina”, OFK, təşkilatçılardan isə Bolqarıstan MOİK-i və "Lokomotiv”
(Plovdiv), həmçinin Serbiya "Srvena Zvezda”sı tədbirə qatılacaq.
Yunanıstanın "Olimpiakos”, AEK və Serbiyanın "Partizan” klublarının
imtina etdiyi yarışla bağlı bəzi komandalar hələ qərar verməyib.
Türkiyənin "Qalatasaray” və "Fənərbaxça” klubları hələ rəsmi təklifə
cavab verməyənlər sırasındadır.
Qeyd edək ki, sabah Bolqarıstana yığışacaq klub rəsmiləri birisi gün Sofiyanın "Park Otel Vitoşa” otelində bir araya gələcək.
Mənbə:apasport.az
|