Dünən keçirilən İnter Xəzər Lənkaran oyununda qalib gələn meydan sahiblərinin azarkeşləri və polis işçiləri arasında insident baş verib.Belə ki stadiona gələn xeyli sayda İnter azarkeşləri durmandan komandalarına dəstək verməkdə olduqları halda polis işçiləri isə öz işi ilə yox digər işlərlə məşqul idilər.İlk olaraq onlar İnter azarkeşlərinin hazırladığı banneri ön hissədən asmağa imkan vermədilər sonradan ikinci hissədə uzun sürən mübahisədən sonra insafa gəlib banneri asmağa imkan verdilər.(sizə həmən şəkili təqdim edirik) Bu şəkildə qadağa olunmuş nəsə bir şey olduğuna siz qərar verin əziz oxucular. Bundan sonra da bir neçə epizotlarda polis işçiləri azarkeşlərə qarşı münasibətə qərəzli oldular.Belə ki qol vurulduqdan sonra İnter Azarkeşləri "pekarda" yandırdılar bunu görən polis əməktaşları qatı cinayətkar tapmış kimi azarkeşlərin arasında hücum çəkdi.Hətta fan klubun aktivlərindən birini "Gedək bölməyə o əlindəki yanan şeylə" deməkdən belə çəkinmədilər.Lakin klub rəhbərliyi işə qarışdıqdan sonra ara sakitləşdi.
Maraqlı bir an ondadı ki İnterin meydanda asılmış bayraqlarını tribunanın kənarındakı borulara bağlayan polis əməktaşına sual verdikdə "niyə belə edirsən cavabında mənə mane olur üzümə dəyir dedi"Hər halda bayraq yellənmək üçündür boruya bağlamaq üçün yox.
Nə zamana kimi belə davam edəcək?Amma onu bilirəm ki nə zamana kimi belə olacaq stadionlardan azarkeş kasad olacaq.Özünüz bilin! İlyas Seyidov (İnter azarkeşi)
|