İdman portallarında və ya qəzetlərdə qadın yazarlarımız çox olmasa da, yox da deyil. Amma bir fanat kimi, həm də fanat saytında sevimli klubuna aid hər hansı bir yazı ilə çıxış etmək məncə bir xanım üçün uğur sayılmalıdır. Belə yazlarla xanımların çıxış etməsi də, bizim onların Azərbaycan futbolu haqqında hansı fikirdə olmalarını bilməyə əsas verərdi. Xanım Kərimovanın ardıcılları da olarsa, buna sevinmək lazımdır. Alqışlayıram!
Onu da demək istəyirəm ki, IX turdan sonra biz "Xəzər Lənkəran" azarkeşləri də eyni suallarla çox qarşılaşırıq. Allah qoysa bu yenilgiləri, layiqli qələbələr əvəz edəcək!
Mirhafiz M. Babayev