Premyer Liqanın XXVII turunda İnter səfərdə Xəzər Lənkaranın qonağı oldu.Oyun gözləndiyindən də gərgin başladı və ilk olaraq ev sahibi komanda irəi atılaraq Uniston Parksın 17 ci dəqiqədə vurduğu qolla ilə hesabda irəli çıxdı,bu qolda müdafiyəçilərin və qapıçının səhfini qeyd etmək lazımdır.Lakin bu qoldan sonra ruhdan düşməyən İnter Lənkarana gələn İnter Azarkeşlərini David Odikadzenin 31ci dəqiqədəki qolu ilə sevindirdi.Bundan sonrada qarşılıqlı hücumlar şəraitininə keçən oyun qolu heç heçə bitdi.Oyundan sonra mətbuat konfrasında baş məşqçilər bunları dedi. Kaxaber Tsxadadze "Çox gözəl oyun oldu. Azarkeşlər və stadion da yaxşı idi".bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis seçdikləri taktikaya uyğun oynadıqlarını bildirib: "Seçdiyimiz taktikaya uyğun oyun göstərdik. Hakimliklə bağlı heç bir problem olmadı, normal hakimlik oldu. "Xəzər Lənkəran"a uğurlar arzulayıram, öz futbolçularımdan razı qaldım".
|