Unibank Premyer Liqasının 3cü tur çərçivəsində Xəzər Lənkaran və İnter görüşündə bir neçə maraqlı məqamlarla yadda qaldı. İlk öncə Almaniyadan doğma Azərbaycanımıza gəzinti üçün gələn Markus adlı turist haqqında danışmaq istərdim.Markus adlı bu turistlə elə stadiondaca tanış olduq.Söhbət nəticəsində məlum oldu ki o bir neçə gündür ki Azərbaycandadır və əsasən futbol üçün gəlib.Elə məhs Lənkarana gəlmək səbəbidə futboldur."Eşidən də ki Lənkaranda çox gözəl derbi bir oyun olacaq bir taksi tutub tez özümü yetirdim oyuna yol boyu taksi sürücüsü bu oyun haqda mənə danışdı dedi ki Xəzər və İnter ikisidə güclü komandadır və hər zaman oyunları ciddi tamaşaçı marağına səbəb olur "İkinci hissədə İnter fanatlarının yer aldığı sektora keçən Markusla qısa söhbət nəticəsində məlum oldu ki o Almaniyada 4 cü diviziyonda çıxış edən "FSV Zwickau" futbol klubunun azarkeşi həm də"Red Kaos" fan klub sayt redaktorudur.Yol boyu alman turistlə Azərbaycan futbolu haqqında söhbət etdik.Söhbət əsnasında məlum oldu ki Markus bu gün keçiriləcək Turan Muğan oyununu canlı izləmək üçün Tovuya yola düşəcək. Futboldan kənar söhbətlərdə müzakirə mövzusu oldu ondan Azərbaycan və Azərilər haqqında soruşanda bunları dedi "Mən Gürcüstanda ermənistanda olmuşam amma Azərbaycan kimi heç biri ola bilməz adicə ermənistandan danışım paytaxtı yerevan "İrəvan" çox bərbad halda şəhərdə tək-tük xarici maşına rast gələrsən Punik-Partizan oyununda orda oldum futboldan 1 zərrə qədər anlayışları yoxdur.Adicə dükanda 1 dollarlıq suyu mənə 10 dollara satmaq istədilər xoşbəxtlikdən rus dili lüğətim var idi.Gürcüstan isə ermənistandan fərqli olaraq inkişaf edib.Amma Azərbaycanınıza söz ola bilməz mən birinci dəfədi ki burda oluram çox xoşuma gəldi Bakı Qazax Gəncə Lənkaran.Futbolunuzdan onu deyə bilərəm ki son zamanlar həm klub həmdə milli komandanız güclənib.Adicə bu gün Xəzər -İnter oyununda mən gördüm ki necə klublarınız var azarkeşlərə isə söz ola bilməz yerli azarkeşlər sanki qasırğa kimi coşur və komandaya dəstək olur inan belə stadionda oynamaq hər oyunçunun işi deyil.İnter azarkeşlərinə də söz ola bilməz sayları az olsada demək olar ki dayanmadayn 90 dəqiqə komandalarına dəstək oldular" Sonda Markusu səhər saatlarında "Bakı avtovağzalından "Tovuza yola saldıq təbii ki əliboş yox ona 16 nömrəli İnter formasını şərfini və üzərində Xəzər Lənkaranın loqosu olan çay fincanı hədiyyə etdik. 2ci bir məqam oyun başlamazdan öncə stadionda elan olundu ki Xəzər Lənkaranın aşağı yaş qrupunudan olan bir oyunçu "Ginesin rekordlar"kitabına düşməyə cəhd edəcək.O dayanmadan 90 dəqiqə yerdə çəkinmə hərəkəti edəcək.Sözün düzün deyim oyuna baş qarışdığından onu izləməy imkanımız olmadı amma arada bir nəzər yetirəndə yeniyetmənin dayanmadan hərəkətdə olduğunu görürdük. Beləliklə Xəzər-İnter oyunu öz maraqlı məqamları ilə yaddaşlarda həkk olundu. Məqalə yazarı Oktay Ağazadə
|