Geridə qalan
dörd tur ərzində meydançaya çıxan futbolçular arasında "İnter"in gənc
üzvü Asif Mirilinin oyunu diqqət çəkir.Əvəzedici heyətdən
əsas komandaya yüksələn və komandasının keçirdiyi hər üç oyununda meydançada
olan Mirili "İnter"də 10 nömrəli futbolkanı daşıyır.
Ötən həftə
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" artıq ölkədədir və
həftəsonu "Simurq"la keçiriləcək oyuna hazırlaşır.
Mirili Premyerliqa.az-a açıqlamasında öncə
Gürcüstandakı toplanış barədə qısaca danışdı: "Toplanış normal keçdi. İki
yoldaşıq oyununda da qüvvəmizi sınadıq. Hər iki matçda forma geyindim. Baş
məşqçinin verdiyi tapşırıqları lazımınca yerinə yetirməyə çalışdım".
Bir müddət öncə
"Xəzər Lənkəran"dan Dieqo Souzanı heyətinə cəlb edən "İnter"
bununla da yarımmüdafiənin orta xəttindəki rəqabəti də gücləndirmiş oldu.
Mirili rəqabətdən çəkinmədiyini deyərək, hansı futbolçunun oynamasından asılı
olmayaraq əsas komandanın uğurlu nəticəsinin önəmli olduğunu dedi: "Souza
Gürcüstan toplanışında komandada idi. Ancaq o, komanda ilə yox tək məşq edirdi.
Hansı futbolçunun
oynayacağını isə vaxt göstərəcək. Hər zaman özümə inanmışam. Biz bir
komandayıq, kimin oynamasından asılı
|