-Uzun fasilədən sonra meydana çıxdın. Hansısa narahatlıq hiss etdinmi?
-Bəli, bir qədər qeyri-adi gəldi, axı, 3 ay oynamamışdım. Amma düşünürəm ki, hər keçən gün itirilmiş formamı bərpa edəcəyəm və özümün ən yaxşı kondisiyalarıma yaxınlaşacağam.
-Bildiyimizə görə, zədədən sonra bərpa prosesin uzun sürdü. İndi bütün bunlar arxada qaldı?
-Bəli, indi hər şey qaydasındadır, zədə məni narahat etmir. Bu problemlər keçmişdə qaldı.
-Qarşıda "İnter”i çempionatın liderilə-"Neftçi” ilə matç gözləyir. Növbəti oyun barədə nə deyə bilərsən?
-Bizi prinsipial matç gözləyir. Əminəm ki, oyun çox ağır olacaq. Bizə uduzmaq olmaz, axı, məğlub olduğumuz təqdirdə "Neftçi” bizdən düz 7 xal uzaqlaşacaq. Bu isə kifayət qədər sanballı üstünlükdür. Qalib gəlməyə, ən azından uduzmamağa çalışacağıq.
Mənbə: İnter.az