"İnter” komandanın kapitanı Vladimir Levinlə müqavilə müddətini uzadıb.Belə ki,mövsümün sonunda müqavilə müddəti başa çatan Vladimir Levin yeni müqaviləni imzalamamış vətəninə istirahətə yollanmışdır.Lakin baş məşqçi və futbolçu arasında gedən danışıqlar öz bəhrəsini verib və komandanın kapitanı yeni müqaviləyə qol çəkib. Bundan əlavə "İnter” Petar Zlatinov və Arif Daşdəmirov gələn mövsüm "bankirlər”in şərəfini qoruyacaqlar. Asif Məəmdovun isə müqaviləsinin sonuna altı ay vaxt qalsa da yarımmüdafiəçiyə müqaviləsinin müddətini artırmaq təklif olunub.
|