"İnter”in müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 15-ci turunun "Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. - "Turan”la sonuncu oyununuzu başa vura bilmədiniz... - Onlar bununla öz narazılıqlarını bildirmək istədilər. Hər halda bu, onların hüququdu. - Bir müddət öncə də eyni addımı siz atmışdız. Özü də elə "Şəfa” stadionunda. - Onlar meydanı tərk etmədilər. Sadəcə, ikinci hissəyə çıxmaqdan imtina etdilər. Biz də eyni aqibəti yaşamışıq. - Onda üçüncü dəfə bunu nə vaxt gözləyək? - (Gülür) Ümid edirəm ki, üçüncü dəfə belə bir şey olmayacaq.
- Klubunuzun "Şəfa”nı almaq xəbəri necə qarşılandı? - Bu, klubumuzun strukturu baxımından çox böyük işdi. Hər klubun özünün bazasının, stadionunun olması yaxşı amildi. İndi bundan sonra infrastrukturu daha da yaxşılaşdırmaq olar. - Hazırda sizi nə qane etmir ki? - Heç də hər şey ideal deyil. Üzərində işləniləsi məqamlar var. Məsələn, qazonu dəyişdirmək lazımdı. Hamı bilir ki, bu süni qazon artıq köhnəlib. İndi stadion bizimdi və rəhbərlik bu məsələnin həlli ilə məşğul ola bilər. - Qarşıda sizi "Xəzər Lənkəran”la oyun gözləyir... - Biz onları, onlar bizi tanıyırlar. Lənkəranda dolu tribunalar qarşısında oynamaq çox xoşdu. Arenada belə atmosferin olması futbola əlavə gözəllik verir.
- "Şəfa”da bu yoxdu? - "Neftçi” və "Xəzər Lənkəran”la oynayanda olur. Amma məsələn, "Turan”la qarşılaşmalarda belə şeyə rast gəlmək olmur.
- İlk dövrədə "Xəzər Lənkəran”ı məğlub etmişdiz. Bunu Lənkəranda da təkrarlaya biləcəksiz? - Bilirsiz, bizə indi heç-heçə deyilsə, razı olarıq. Amma əgər qələbə qazanmaq imkanı varsa, niyə də bunu etməyək? "Xəzər Lənkəran” yaxşı komandadı. Biz də ora uduzmaq üçün getmirik. Öz futbolumuzu oynayacağıq.
|