"Maraqlı görüş idi. Rəqib də yaxşı oynadı. Biz yalnız qələbəyə köklənmişdik. "Xəzər-Lənkəran” turnir cədvəlində vahid lider olduğundan, onları mütləq məğlub etməli idik”. Bu sözləri apasport.az saytına "İnter”in futbolçusu Valeri Abramidze verib.
Premyer Liqanın VIII turunda "Xəzər Lənkəran” üzərində qələbə qazanan "bankirlər”in gürcüstanlı müdafiəçisi oyunla bağlı fikirlərini bildirib. Onun sözlərində görə, adətən belə qarşılaşmaların taleyini 1 qol həll edir: "Rəqib güclü olduğu üçün fərdi yanaşma gərək idi. Adətən, belə matçlarda bir qol hər şeyi həll edir. Elə oldu ki, bunu biz reallaşdırdıq və yekunda qələbə qazanan tərəf olduq. İndi çempionatda rəqabət artacaq. Bu, yarışı daha maraqlı edəcək”.
|