"İnter”in müdafiəçisi Valeri Abramidze əməkdaşımızla söhbətdə "Turan” komandası ilə oyun barədə danışıb və gələn tur "Qarabağ” ilə oyun haqqında fikirlərini bölüşüb.
- Tovuz səfəri komandanız üçün necə keçdi? - Tovuz şəhər stadionunun meydançası bərbad vəziyyətdə idi.Məhz buna görə də topa nəzarət etmək olmurdu və oyun komandamız üçün ağır keçdi.Amma biz oyuna qələbə üçün çıxmışdıq. Bu çətinliklərə baxmayaraq mən şadam ki,komanda qarşına qoyduğu məqsədə çatıb qələbə qazndı.
- Hesabda önə keçəndən sonra yenə də fərqlənmək imkanınız oldu? - Mən qeyd etmişdim ki,meydança pis vəziyyətdə idi.Oyun əsasən meydanın mərkəzində gedirdi.Qol vurduqdan sonra rəqibi bir daha məyus etmək üçün bir neçə fərqlənmək epizodu olsa da bunlardan yararlana bilmədik.
- "Turan”ın heyətində əsasən təcrübəli futbolçular top qovur.Bu oyunda rəqibin oyununu dəyərləndirərdin... - "Turan” komandası da bizim kimi meydança problemi ilə üzləşmişdi.Oyun ərzində fərqlənmək üçün rəqib bir fürsət əldə etdi.Müdafiəmizdə olan ani çaşqınlıqdan istifadə edən Atyux qapıya təhlükəli zərbə endirdi.açıq desəm həmən epizodda bəxtimiz gətirdi və top qapı dirəyinin yanından keçdi.
- Bu oyunda İnterfanklubu Tovuza yollanmamışdı.Azarkeşlərinizin dəstəyi olmadan oynamaq çətin idi?
- Əlbəttə ki,çətin idi.Stadionda azarkeş dəstəyi olmadan oymanaq hər bir komandaya çətindir.mən ümid edirəm ki,bunda sonra "İnter”in fanatları daim komandanın yanında olacaqlar.
- Komandanız nə vaxt yığışır? - 10-nu səhər yığışıb gələn turun oyununa hazırlığımızı başlayacayıq.
- Gələn tur "İnter” komandası "Qarabağ”ı qəbul edəcək.Bu qarşılaşma haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Oyun hər iki komanda üçün ağır olacaq. "Qarabağ” son turda öz meydanında "Sumqayıt Şəhər”ə məğlub olduğunu da bilirik.Amma buna baxmayaraq biz həmişəki kimi meydana qələbə üçün çıxacayıq.
interfan.az
|