- Siz qeyd etdiniz ki, "İnter" PİK-in UGFM-də müxtəlif yaş kateqoriyaları üzrə 10 komanda fəaliyyət göstərir. Bu qədər komandalara rəhbərlik etmək nə dərəcədə yaxşı alınır?
- Biz öz növbəsində yetirmələrinə birbaşa nəzarəti həyata keçirən savadlı və kvalifikasiyalı məşqçilərə rəhbərlik edirik. Əlbəttə, müəyyən problemlər var. Bu, ilk növbədə mütəxəssislərin hazırlanması problemidi, ancaq mən hesab edirəm ki, bu problemi həll etmək olar. Buna bir az vaxt lazımdı.
- Siz artıq uzun müddətdi Bakıdasınız. Azərbaycanda olduğunuz ilk il ilə müqayisədə ölkəmizdə futbolun tərəqqisi sezilirmi?
- Sözsüz (burada Valentin Xodukin masa üzərində saxladığı Azərbaycanda futbolun inkişafı üzrə dövlət proqramını göstərir). Görürsünüz, o işləyir (ukraynalı mütəxəssis proqramda qeyd etdiyi bəndləri nümayiş etdirir). Birincisi, turnirlərin təşkili hiss ediləcək dərəcədə yaxşılaşıb. Premyer Liqa, I divizion, ölkə kuboku və əvəzedicilərin çempionatı stabil keçirilir. Bir çox klubun infrastrukturu yaxşılaşıb. Bəzi çətinliklər, əlbəttə ki, yaranır, ancaq inkişaf prosesində onlardan qaçmaq mümkün deyil.
- Bu vəzifə başına gəlməzdən öncə yəqin uşaq-yeniyetmə məktəbinin infrastrukturu ilə yaxşı tanış olmusunuz. Məşqçidən uşaq-yeniyetmə məktəbinin inkişaf layihəsi rəhbərinə ixtisas dəyişikliyi çətin olmadı ki?
- Mənə bu haqda danışmaq bir az münasib deyil, lakin təvazökarlığın artıq yükünü bir kənara ataraq deyə bilərəm ki, hazırda tutduğum vəzifəyə gəlməzdən öncə bu profilə aidiyyatı olan təqribən bütün ədəbiyyatla tanış oldum. Və hiss etdim ki, məsələnin metodiki tərəfi Azərbaycanda acınacaqlı nəticələrə gətirib çıxarır. Uşaqların düzgün hazırlanmamasıyla nəticələnir.
Uzun zaman 8 yaşdan 17 yaşadək futbolçular üçün hazırlıq üzrə vəsait hazırlamışam. Həmin vəsait uşaqların və yeniyetmələrin mərhələrlə hərtərəfli hazırlığını nəzərdə tutur və özündə bütün zəruri aspektləri birləşdirir.
- "İnter”in baş məşqçisi postunu tərk edəndən sonra sanki kölgəyə çəkildiniz. Bildiyimizə görə, hətta jurnalistlərə müsahibə verməkdən də imtina edirsiniz...
- Bəli, imtina edirəm, ona görə ki, ətrafda cərəyan edən hadisələrə açıqca münasibət bildirmək mənim tərəfimdən nəzakətsizlik olardı. Mənim sevimli ifadəm var: "Hər kəs özünəməxsus şəkildə ağlını ititrir”. Odu ki, mən də özüməməxsus formada ağlımı itirirəm. Bu yaxınlarda jurnalistlər mənə belə bir sualla müraciət etmişdilər: "Hansı komandanı ilk "altılıq"dan kənarda görürsünüz? Mən də belə cavab vermişdim: "Bu planda həlledici matç "Muğan” - "Qəbələ” olacaq”.
Mən çempionatımızla maraqlanıram, oyunlara baxıram, statistikanı toplayıram. Mənim bir çox komanda haqqında şəxsi fikirlərim var, lakin onları paylaşmaq istəmirəm, ona görə ki, qeyri-etik olardı.
- Bu ilin əvvəlində "İnter” "Birlik Kuboku"nu qazandı. Bu hadisəni şərh etməyinizi xahiş edirik...
- Bu, böyük nailiyyətdi. "İnter” turniri bir nəfəsdə keçdi. Bu gün bir çoxları iddia edə bilərlər ki, "Birlik Kuboku"nda əvəzedicilər və s. iştirak edirdilər. Lakin bunu bu gün deyirlər, sabah onu unudacaqlar. Tarixdə yalnız bu yazı qalacaq: "Birlik Kuboku"nun sahibi - "İnter”!
Sankt-Peterburqda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi, bu isə o deməkdi ki, bu qələbə nəinki "İnter”i şöhrətləndirdi, o hətta bütün ölkənin kredosunu yüksəltdi! Deyə bilərəm ki, yarandığı 2004-cü ildən bu yana "İnter” iki dəfə Azərbaycan çempionu olub, indisə "Birlik Kuboku"nu qazandı ki, bu da klubu ölkədə ən uğurlu edir. Baxın, qısa zaman ərzində komanda nə qədər uğurlara nail olub! Digər klublarda müvəffəqiyyətsizliklər olub, ancaq bizdə yox. "İnter” yüksək planka qoyub və onu getdikcə daha da yüksəyə qaldırır.
mənbə inter.az