Bir necə gün əvvəl xəbər vermişdik ki, mövsümü "Neftçi”nin heyətində keçirən və çempionluğu bayram edən Ruslan Əmircanov klubdan ayrılır. Onun artıq "İnter”lə razılığa gəldiyini də qeyd etmişdik. "Rekord.az”-ın verdiyi bu məlumat cəmi bir neçə dəqiqə əvvəl öz təsdiqini tapıb.
Belə ki, cəmi yarım saat əvvəl Ruslan Əmircanov "İnter”lə rəsmi müqavilə imzalayıb. "Şəfa” stadionunda baş tutan mərasimdə futbolçu "bankirlər”lə 1 illik anlaşma bağlayıb.
Məlumatı təsdiqləmək üçün Əmircanovun özüylə əlaqə saxladıq. Ruslan xəbərin düz olduğunu dedi: "Bəli, elə bir az əvvəl müqavilə imzaladım. Artıq "İnter”in futbolçusuyam və ən yaxın müddətdə komandanın düşərgəsinə qoşulacam”.
|