"İnter”in kapitanı Vladimir Levin Azərbaycan Kubokunun cavab qarşılaşmasına dair suallarımıza cavab verdi.
-Vladimir, oyun kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandaya qəlib gəlmək və kubokun finalına yüksəlmək müyəssər oldu. Bu qarşılaşma barədə sənin fikirlərini bilmək istərdik.
-Səmimi deyim ki, bu oyun bizim üçün çox vacib idi. Bizə təxminən iki ay ərzində qalib gəlmək müyəssər olmurdu və bu qələbə çox lazımlı idi. Hazırda məni qələbənin yalnız müsbət emosiyaları və sevinci əhatə edir. İndi Azərbaycan Kubokunda uğur üçün bizə bir addım atmaq qalır.
-Görünürdü ki, AZAL "İnter”dən belə başlanğıc gözləmirdi. Sürətli qolun vurulması komandanın qalib gəlməsində vacib rol oynadığı fikrilə razısan?
-Müəyyən qədər razıyam. Axı, buraxılmış qoldan sonra AZAL bizə açıq zona qoyaraq hücum etməyə məcbur oldu. Bunun nəticəsində də bizim qol vəziyyətlərimiz yarandı, komanda yenə də qol vura və üstünlüyü artıra bilərdi. Lakin fikirləşirəm ki, biz sürətli qolsuz da tapşırığı yerinə yetirəcəkdik.
-Bu qələbə həm də onunla əlamətdardır ki, cari mövsümdə AZAL "İnter” üçün keçilməz baryerə çevrilib. Bu matçadək keçirilmiş 4 qarşılaşmada "İnter” bu komandaya qalib gələ bilməmişdi...
-Bəli, hətta mən deyərdim ki, bu ildə bizim AZAL sindromu yaranmışdı. Biz heç cür ona üstün gələ bilmirdik, lakin hər şeyin sonu var. Yaxşı ki, bu komandanı belə vacib qarşılaşmada məğlub etməyi bacardıq. Qeyd etmək istəyirəm ki, əvvəlki matçlarda da biz bu komandadan heç nədə geri qalmırdıq, hətta bəzi matçlarda üstünlüyə sahib olmuşduq. Xatırlayırsınızsa, 0-5 hesablı məğlub olduğumuz matçın birinci hissəsi heç-heçə başa çatmışdı və həmin hissədə biz çox sayda qol vəziyyətlərindən istifadə edə bilməmişdik. Yəni bu qarşılaşmanın ssenarisi başqa cür olmalıydı.
-Komanda kubokun finalına yüksəldi və bu mərhələdə onu "Xəzər-Lənkəran”la oyun gözləyir. Bu oyun və rəqib barədə nə deyə bilərsən?
-Bizi çox mürəkkəb oyun gözləyir. Düşünürəm ki, matç çox parlaq və baxımlı olacaq. Hər iki komanda kuboku qazanmağa layiqdir, lakin mükafatı finalçılardan biri alacaq. Buna görə də, demək istəyirəm- qoy,güclü qalib gəlsin!
inter.az
|