Azərbaycanda arıtq çoxdandır çıxış edən gürcüstanlı müdafiəçi Valeri Abramidze "Qəbələ” ilə oyun barədə fikirlərini bölüşdü və "İnter”in etibarlı müdafiəsinin sirrini açıqladı.
-"Qəbələ” ilə yon barəsində danışardın...
-Oyunun məzmunu yox, daha çox nəticənin əsas olduğu çox vacib qarşılaşma idi. Yaxşı ki, biz buna nail olduq! "Qəbələ”- çox mürəkkəb rəqibdir. Onların komandası hələlik formalaşma mərhələsindədir, "Qəbələ”də yeni məşqçi və yeni tələblər var. Əminəm ki, onlar hələ digər başqa komandalarının əsəblərini korlayacaqlar.
-Artıq altı tur arxada qalıb. Çempionatın başlanmasını necə qiymətləndirirsən?
-Ümumilikdə müsbət qiymətləndirirəm. Hər şey plana uyğun gedir. Başlanğıcda biz yalnız "Neftçi”yə məğlub olduq, lakin bunun bir daha təkrar olunmamasına çalışacağıq.
-Qarşıda bu mövsüm hələ uduzmayan "Gəncə” ilə oyun var...
-Onların udub-uduzmadıqlarının bizim üçün əhəmiyyəti yoxdur. Hər bir oyuna rəqibdən asılı olmayaraq xüsusi yanaşırıq və meydana yalnız qələbə üçün çıxırıq.
-Altı oyundan beşində "İnter” qapısını "qıfılda” saxlamağı bacardı. Etibarlı müdafiənin sirri nədədir?
-Məşqlərdə biz müdafiə hərəkətlərinə böyük diqqət ayırırıq. Səhvlər üzərində çox çalışırıq, hər oyunla təkmilləşməyə can atırıq və fikirləşirəm ki, bu, bizdə alınır. Fərdi səvhlər buraxdığımız "Neftçi”lə oyun istisna təşkil etdi.
-Altıncı gün sənin iki keçmiş klubun qarşılaşacaq...
-Bəli, bilirəm.Çox maraqlı qarşılaşma olacaq. Axı, bu komandalar arasında prinsipial münasibət var. Fikrimcə, bu qarşılaşmadan bütün Azərbaycan futbolu udacaq. Biz də həmçinin. Axı, onlar bizim bilavasitə rəqiblərimizdilər və oyunda onlardan biri xal itirəcək. Bu imkandan istifadə etmək istərdik.
mənbə inter.az
|