Unibank Premyer Liqanın XXVI-cı turunda keçirilən "Xəzər Lənkaran” – "İnter” oyununda qarşılaşmanın baş hakimi Elçin Məmmədovun hoqqalarından hamının xəbəri var.Oyun ərzində "İnter” komandasının futbolçularını "qoz qabığına”soxan Elçin Məmmədov ümumilikdə qarşılaşmanı bərbad idarə etməklə oyuna öz damğasını vurmuş oldu.Elçin Məmmədovun qarşılaşma ərzində buraxdığı səhvlər haqqında çox yazılar getdiyi üçün onları təkrarlamağa lazım bilmirəm.Məni təəcübləndirən o,oldu ki,belə bir biyabırçılıqdan sonra Xəqani Məmmədovun yaxın silahdaşı və şilləvuranı Elçin Məmmədov utanmadan bəzi idman portallarına müsahibə verib və "bankirlər”i tərbiyyəsizlikdə suçlayıb.Atalar yaxşı deyib: Utanmasan oynamağa nə var ki? Elçin Məmmədov elə bir qanacaq və məərifət sahibidir ki,qanacaq və məərifəti qulaqlarından aşıb-daşır.”Futbol Saatı” verilişində heç bir efir qaydalarına uyğun olmayan tərzdə,küçə qadınları kimi şalvarını başına çəkib vay-şüvən salan,keçmişi qaranlıq olub məhbusluq həyatı yaşayan Elçin Məmmədovun hansı tərbiyyə və qanacaq sahibi olmasını hamımız görmüşük. Bundan əlavə klubların bazalarını gəzən və klub rəhbərləri ilə yaxşı münasibətdə olan Elçin Məmmədovdan hansı ədaləti tələb etmək olar?Çempionatda idarə etdiyi oyunlarda ürəyi istədiyini edən Elçin Məmmədova gözün üstə qaşın var deyən olmur.Adım kimi əminəm ki, "Xəzər lənkaran” – "İnter” oyunu istisna olmayacaq və Elçin Məmmədov cəzalanmayacaq.Ramin Musayev məsuliyyəti Xəqani Məmmədovun üzərinə atacaq o,da öz növbəsində yaxın silahdaşını təmizə çıxaracaq.Bu onun göstəricisidir ki,PFL və Hakimlər komitəsinin rəhbərləri Elçin Məmmədovdan çəkinir və bir çoxlarının qələmini qıran hər iki qurumun rəhbərləri Elçin Məmmədovun qələmini qırmaqda acizdirlər. İndi isə hörmətli azarkeşlər siz özünüz qərar verin,Elçin Məmmədov kimi keçmişi qaranlıq olanın birisi qanacaq və tərbiyədən danışmağa haqqı var? Məncə yox! Mənbə:İnterfan.az
|