"İnter” klubunun Sloveniya toplanışında keçirdiyi
ilk yoxlama oyunu Türkiyə mətbuatının diqqətindən kənar qalmayıb.
Apasport.az saytının məlumatına görə, "Bursaspor”la qarşılaşan
"bankirlər”in görüşünü izləyən həmkarlarımız komandaların
futbolçularının oyununu dəyərləndirib.
Start heyətində yer alanlara qiymət verən türkiyəlilər futbolçulara 4 və
5-ə layiq bilib. "İnter”in düşərgəsində yeni olan, baxışda olduğundan
ad-soyadı tam açıqlanmayan müdafiəçi Milovan, yarımmüdafiəçilər Zatenqva
və Nemanya da bəyənilənlər sırasında olub.
Giorgi Lomaya – 4
Arif Daşdəmirov – 5
Valeri Abramidze – 4
Milovan – 5
İlya Kandelaki - 4
Asif Məmmədov – 4
Zatengva – 5
Nemanya – 5
Samir Zərgərov – 5
Petar Zlatinov – 4
Girts Karlsons - 4
|