"Qarabağ”a qarşı oynamaq çətindir. Hər iki komanda qələbə naminə oynadı. Qələbə qazanaraq liderliyi ələ keçirtmək istəyirdik. "Xəzər Lənkəran”ı addım-addım izləyirik. Təəəsüf ki, alınmadı”.Bu sözləri "Qarabağ”la bu gün keçirilən çempionat matçından sonra "İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Sxadadze hücumçularından narazı qalıb: "İkinci hissədə oyunçularım yaxşı futbol göstərə bilmədilər. Hücumçularımdan narazı qaldım. Onlar rəqibin cərimə meydançasında yaratdıqları hücumları məntiqi sonluqla başa çatdıra bilmirdilər. Yəqin ki, bunun üzərində çalışacağıq”.
Gürcü mütəxəssis komandasının oyun ərzində tez-tez uzaqdan zərbələr vurmasına da fikir bildirib: "Uzaqdan zərbələr qapıçıları çaşdırır. Bu yaxşı haldır. Bununla belə, 40-50 metrdən zərbələr vurmağa ehtiyac yox idi. Zərbə vurmağın da yeri var. Belə olmaz”.
|