"Bakıya qələbə qazanmaq üçün gəlirik. Çünki xal ehtiyatımız elə də çox deyil”.Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.
Ardıcıl 3 oyunda məğlub olan və turnir cədvəlinin orta pillələrinə qədər yuvarlanan əyalət təmsilçisi "Kəpəz”i yenməklə, vəziyyətini bir qədər yaxşılaşdırdı. Əsas rəqibləri ilə xal fərqinin daha da böyüməsinə imkan verməyən Toni Adamsın yetirmələri həftəsonu "İnter”in qonağı olacaq.
"Bankirlər”in son turda "Neftçi”ni məğlub etməsini nəzərə alsaq, oyunun gərgin keçəcəyini söyləmək olar. Artıq paytaxt təmsilçisinin oyunlarını təhlil edən ingilis mütəxəssis yetirmələrinə göstərişlərini verib.
O, məşqlərdə futbolçularından daha yaxın və kollektiv oyun sərgiləməyi tələb edib: "Taktiki cəhətdən müəyyən göstərişlər verib. Rəqibin oyunlarına baxıb, müəyyən analizlər aparmışıq. Baş məşqçi əsasən kompakt və diqqətli oynamağımızı, matçın gedişində taktikanı pozmamağı tapşırıb. Biz də meydanda buna bacardığımız qədər əməl edəcəyik”.
Onu da qeydə edək ki, bu gün Qəbələdə səhər məşqinə çıxacaq komanda günortadan sonra Bakıya gələcək. "Kəpəz”lə oyunda ikinci sarı-qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçi Bruno da Silva "İnter”lə oyunu buraxacaq. apasport.az
|