"İnter”in yeni transferi Tales Şützün müsahibəsi
- "İnter”ə keçidin necə baş tutdu? - Çox xoşbəxtəm ki, bu keçid baş tutdu. "İnter” kimi güclü komandaya qoşulmaq mənim üçün çox yaxşıdı. Ötən mövsüm AZAL-ın heyətində 10 qola imza atdım, lakin karyeramın bu səhifəsi artıq bağlanıb. Yeni mövsümdə mən daha çox qol vurub, "İnter”də karyeramın yeni səhifəsini açmaq istəyirəm.
- Yeni komandan və ordakı atmosfer barədə nə deyə bilərsən? - Burda hamı çox mehribandı. İlk dəfə bura gələndə məni çox yaxşı qarşıladılar, özümü bu ailənin üzvü kimi hiss etdim. ÖZümü burda çox xoşbəxt hiss edirəm və fikrimcə, "İnter”də yaxşı işlər görə bilərəm.
- Komandanın Türkiyədə davam edən toplanışı necə keçir? - Toplanış çox yaxşı keçir. Bu cür toplanışlar komandanın hazırlığında çox yaxşı rol oynayır, komandanın daha da güclənməsinə şərait yaradır. Fikrimcə, biz düz yoldayıq.
- İnter bu yaxınlarda Avropa Liqasında mübarizəyə başlayacaq. Avroliqadakı oyunlar barədə nə düşünürsən? - Biz qələbə qazanmaq üçün özümüzü mütləq yaxşı tərəfdən göstərməliyik. Bu yarışda hər bir oyun finala bərabərdi.Biz bunu bilməli və çalışmalıyıq ki, hər qarşılaşmada qələbə qazanaq.
inter.az
|