Bu yaxınlarda Qusarda təlim-məşq toplanışını başa
vurmuş "İnter”in əvəzedici heyəti növbəti mövsümə hazırlığın ikinci mərhələsinə
başlayıb. Məşqlər "Şəfa” stadionunda aparılır. Əvəzedici heyətin baş məşqçisi
Tofiq Mustafayev bizimlə söhbətində ikinci təlim-məşq toplanışı barədə danışdı və komandanın
qarşıdakı mövsüm planlarından bəhs etdi.
-Komandanın mövsümə hazırlığının ikinci mərhələsi barədə danışmağınızı xahiş edirik...
-Toplanışın ikinci mərhələsi iyulun 15-dən
başlayıb. Biz gün ərzində bir dəfə məşq keçdik, bu gündən etibarən isə stadionun
bazasında məskunlaşaq daha diqqətli məşq prosesinə start verəcəyik. Toplanış
iyul ayının 29-dək davam edəcək, həmin gün əsas komanda Bakıya qayıdacaq və "İnter”in
baş məşqçisi Kaxaber Tsxadadze ilə əvəzdici heyətin gün ərzində bir dəfə məşq
keçməsi üçün dəqiq vaxtın təyin olunması barədə danışacağıq.
-Bakı
toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulurmu?
-Toplanış zamanı 3 yoldaşlıq matçının keçirilməsi
planlaşdırılır. İyulun 21-də "Rəvan" klubunun əvəzedici heyətiylə oynayacağıq, 24-də "Qəbələ”nin
əvəzedici heyətilə qarşılaşacağıq, 28-də baş tutacaq 3-cü qarşılaşmanın rəqibi hələlik
məlum deyil. Hazırda biz fəal şəkildə son yoxlama matç üçün rəqib axtarırıq. Güclü
komandayla oynamaq istərdik, həmin komandanın Premyer Liqadan olması daha yaxşı
olardı. Deyim ki, bu komanda "Turan” və "Sumqayıt-Şəhər” ola bilər.
-Birinci
mərhələ indiki mərhələdən nə ilə fərqlənir?
-Birinci mərhələdə əsasən daha çox fiziki hazırlığa
və funksional vəziyyətin yaxşılaşdırılmasına diqqət ayırmışdıq. Buna görə də,
gün ərzində 3 dəfə məşq keçirdik. İkinci planda taktikaya və komanda oyunun
qurulmasına diqqət verəcəyik. Toplanışın gedişində həm qarışıq, həm də yükləmələrlə
müşayiət olunacaq funksional məşqlərin keçirilməsi planlaşdırılır.
-Heyətin
formalaşdırılması prosesi başa çatıb? Komandanın yeni oyunçularının adları
artıq məlumdurmu?
-Yeni oyunçuların əksəriyyəti "İnter” UGFM-nin yetirmələridir.
Əlavə edim ki, "Şahdağ-Samur” komandasıyla yoldaşlıq matçında diqqətimizi gənc
perspektivli futbolçu cəlb etmişdi. Tezliklə həmin futbolçu komandaya
qoşulacaq. Qeyd edim ki, bu futbolçu bir müddət Həştərxanda oynayıb, lakin Azərbaycan
vətəndaşıdır. Onun cəmi 16 yaşı var, 1995-ci il təvəllüdlüdür.
-Bəs, "İnter”PİK
UGFM-nin futbolçuları arasında kimlərin komandanızda qalacağını müəyyənləşdirmisiniz?
-Biz bir çox
futbolçunu baxışdan keçirdik, lakin onlar barədə dəqiq qərarımı yalnız Bakı
toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarından sonra açıqlayacağam. İstər
oyun planında, istərsə xarakter baxımından onların bəzilərindən çox xoşum gəldi.
-Bilirik ki, əvəzedici komandanın əsas vəzifəsi nəinki yüksək mövqelərin əldə edilməsidir, həm də əsas komanda üçün futbolçu
hazırlamaqdır. Sizin nəzərinizcə, "İnter” komandasına belə oyunçuları təqdim etməyi
bacaraqsınız?
-Mümkündür. Axı, bu, tam realdır. Düşünürəm ki, əsas
komanda üçün kadrların hazırlanmasında problem yaranmayacaq. Bundan başqa, qeyd
edim ki, bu, təkcə məşqçilərdən yox, həm də futbolçulardan da asılıdır. Axı, məşq
prosesi fiziki yükləmələrdən və bərpadan ibarətdir, istirahətin və boş vaxtın keçirilməsi
məsələsi futbolçuların vicdanına buraxılır. Sevindirici haldır ki, uşaqların
böyük əksəriyyəti düşüncələrində fərqlənir və bu vaxtı düzgün keçirir. Bu məqam
çox vacibdir.
Bundan başqa, uğurlu nəticələr də mühüm amildir, axı,
yeniyetmə yaşlarından futbolçularda qələbə ruhu da olmalıdır.
-Yeni mövsümdə əsas komanda üçün kadrların
hazırlanmasından başqa "İnter”in əvəzedici heyətinin qarşısında hansı vəzifələr
qoyulub?
-Əsas komandanı gücləndirmək bizim başlıca vəzifəmizdir.
Bundan başqa, "İnter”PİK UGFM-nin müxtəlif yaş qruplarında mübarizə aparan
komandaların oyunlarına baxacağıq və perspektivli futbolçuları seçəcəyik. 1995
və 1996-cı il təvəllüdlü komandaların birlikdə məşqlərinin keçirilməsi
planlaşdırılır. Mən "İnter”PİK UGFM-nin komandalarının birində çalışmışam və
yeniyetmə futbolçuların potensialları barədə məlumatım var. Bununla yanaşı, bu
komandalardan oyunçu cəlb etməyi planlaşdırmırıq, yalnız bütün komandaların futbolçuları
üçün əvəzedici komandayla birlikdə məşq keçmək istəyirik. Bu gediş ona
hesablanıb ki, futbolçular erkən yaşlarından daha yaşlı komandaların məşq
prosesini dərk etsinlər, hazırlıq prosesilə tanış olsunlar və futbolun mahiyyətinə
vara bilsinlər.
|