Bu gün Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib. Sportal.azxəbər verir ki, Avropanın ikinci dərəcəli turnirindəki təmsilçilərimiz - "Xəzər Lənkəran" və "İnter" də bu gün növbəti sınağına çıxıb. İlkin təsnifat mərhələsində Estoniyanın "Nomme Kalyu" klubunu mübarizədən kənarlaşdıran Yunis Hüseynovun komandası bu dəfə daha ciddi sınaq qarşısında idi. Lənkəran təmsilçisi erkən qol vursa da, Polşa klubu buna cavab verib. Oyunda başqa qol olmayıb və görüş heç-heçə yekunlaşıb. Digər təmsilçimiz "İnter" də ilk oyunda sərfəli nəticə qazana bilməyib. Birinci mərhələdə Estoniyanın "Trans" klubunu məğlub edən "bankirlər" ilk dəfə avrokuboklarda çıxış edən Yunanıstanın "Asteras" klubuna qalib gəlməyə çalışsa da, bu baş tutmayıb və tərəflər "sülh" bağlayıblar. Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunları 19 iyul 20:00. "Xəzər Lənkəran" (Azərbaycan) - "Lex" (Polşa) - 1:1 Qollar: Subaşiç, 4, Mozdzen, 19 Baş hakim: Robert Şörgenhofer (Avstriya) Lənkəran. Şəhər mərkəzi stadionu 21:00. "İnter" (Azərbaycan) - "Asteras" (Yunanıstan) - 1:1 Qollar: Şütz, 46, Perroni, 54 Baş hakim: Lars Kristoferson (Danimarka)
|