Главная » 2011 » May » 26 » Təlim-məşq toplanışlarının vaxtı məlum oldu
20:59
Təlim-məşq toplanışlarının vaxtı məlum oldu
Azərbaycan Kubokunun final oyunun başa çatmasından sonra "İnter" komandası istirahətə yollanıb. Komanda üzvləri iyunun 20-də bir araya qələcəklər. İyun ayının 23-dən iyulun 11-dək yeni mövsümə hazırlıqlar çərçivəsində ilk təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır. İlk toplanış, çox güman ki,Türkiyədə keçiriləcək. Birinci toplanışın başa çatmasından sonra komanda qısamüddətli istirahətə yollanacaq. İyul ayının 16-dan 30-dək ikinci təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.