Dünən Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011” Beynəlxalq mahnı yarışmasının final mərhələsi keçirilib.Ölkəmizi bu yarışmada Eldar Qasımov və Nigar Camal duetin təmsil edirdi. Avropanın 43 ölkəsi arasında Azərbaycan birinci yeri əldə etdi və gələn il bu möhtəbər yarışma "odlar diyarında"keçiriləcək. Bu münasibətlə bütün Azərbaycan xalqını İnter Azarkeşləri adından təbrik edirik.Eldar və Nigar cütlüyünə isə öz dərin təşəkkürümüzü bildiririk.Onlara gələcəkdə uğurlar arzulayırıq. Xatırladaq ki bundan öncə Azərbaycan 3 dəfə bu müsabiqədə iştirak etmiş. Birinci dəfə Samir Elnur dueti 8 ci yeri.Araş Aysel dueti 3 cü yeri.Səfura Əlizadə isə 5 ci yeri tutmuşdular.
TƏBRİKLƏR AZƏRBAYCAN
|