İnterin heyyətində Azərbaycan Çempionu olmuş qapıçı Svilen Simeonov "Ağlı Göylü İnter Fan Portal" la verdiyi müsahibə
Salam Silven necesen? İndi hansısa klubda oynayırsan?
Bir neçə ay öncə Bolqaristan 1 ci liqasında oynayan Nesebar klubda qapını qoruyurdum amma indi kontraktı pozmuşam
Səbəb nədir?
Maliyyə məsələləri maaşlarımızı vaxtı vaxtında vermirdilər ona görə məndə müqaviləni pozdum.
İnter komandasın yada salırsan?
Əlbəttə orda mənim çoxlu dostlarım var və çox yaxşı komandadır.
Komadada hansısa bir problemin var idi?
Əsla komanda prezidenti cənab G.Nikolov çox yaxşı adamdır və məşqçilərdə mənim heç bir problemim yox idi onlarla.
İnterin ÇL oyunların izləmisən?
Əlbəttə izləmişəm Lex klubuna cərimə zərbələrində uduzanda çox məyyus oldum.
Silven sən oynadlığın dövr İnteri ilə indiki İnter arasında fərq var?
Əlbəttə var güclü oyunçular və yeni transferlər İnternetdən izləyirəm oyunları
İnterin hansı klubla oyun daha çox maraq kəsb edirdi sənin üçün?
Əlbəttə Xəzər Lənkaranla oyundan həzz alırdım bu bir derbi desəm yanılmaram
Yenidən İnterdə oynamaq istərdin?
Əlbəttə istərdim kim oynamaq istəməz belə klubda hətta bu yay İnterə geri dönə bilərdim amma mənim keçmiş klubum buna imkan vermədi
Lomaya və Kromarenka haqqında nə deyə bilərsən?
Vallah çox şey deyə bilmərəm amma Kromarenkanın oyunun görmüşəm yaxşı qapıçıdır.amma Lomaya haqqında heç nə deyə bilmərəm.
İnter azarkeşlərinə nə sözün var?
Mən İnterdə oynayanda azarkeşlər super idi yəqin indi sayları daha çox olar.Onlar çox çılğındılar nəyinki İnter 3:0 udanda hətta uduzanda belə bizimlə birgə idilər Onlar klubla bir idilər
Son sözün?
Hər bir fan klublara fanatlara belə sayt lazımdır.Başqa klubları fan saytları olmadığı halda İnterin bir neçə saytı var belədə İnter azarkeşləridə çox olar
Təşəkürlər Silven İnterlilər səni heç zaman unutmayacaq
|