Dünən Premyer Liqanın növbəti turunda Şüvəlan qəsəbə stadionunda AZAL və İnter oyununda bir neçə maraqlı hadisələr baş verdi.Belə ki AZAL rəhbərliyi stadiona gələn İnter Azarkeşlərindən çox maraqlı və o qədərdə anlaşılmaz tələblər etdi.Ev sahibləri azarkeşlərdən İnter bayrağının plastmas borularını çıxarılmasını sadəcə bayrağın meydana daxil olmalarını tələb etdi.Uzun sürən müzakirədən sonra 10 bayraqdan yalnız 4 nün boruları çıxarılıb stadiona daxil buraxıldı.
PS:Dünyanın bütün futbol meydanlarında azarkeşlər öz komandalarının bayraqları ilə meydana daxil olurlar.Yəqin klub rəhbərliyinin bundan xəbəri yoxdur.Hər bir futbol komandasının azarkeşi Şəfaya gələndə onlara hər şeydə sərbəstlik verilir.Nə yaxşı ki 7 metrə uzunluğunda olan bayrağı Şüvəlana gətirməmişdilər.
Bundan əlavə oyun zamanı polis işçiləri İnter Azarkeşlərinə təziq göstərmək istəyiblər.Onlar qonaq komandanın azarkeşlərini söyüş söyməkdə və rəqibi təhqir etməkdə günahlandırdılar.Əgər "İnter qol vur AZALI susdur və ya Bizim üçün AZAL a da qol İnter Qol yaxud.AZAL top burax düş təkərə top burax" söyüşdürsə onda Şüvəlan azarkeşlərinin "İnter qaz İnter qaz" deməyi nə idi.Bunu çəkilişdə də açıq aşkar görmək olar buyurun diqqətlə videoya baxın.