Bu gün NBC Bank Azərbaycan Kubokunun 1/8 finalında 1 ci diviziyon təmsilçisi olan "Şuşa" son ölkə çempionu "İnter"i qəbul edirdi.Maraqlısı odur ki "İnter" elə öz meydanında Şəfa stadionunda qonaq qismində çıxış edirdi.Oyundan əvvəl də bilinirdi ki matçın aşkar lideri Bank təmsilçisidir.Elə oyunun gedişidə bunu sübut etdi.Meydana bir neçə əvəzedici heyyətin futbolçusunu buraxan baş məşqçi komandanın liderlərinə istirahət vermişdi.Oyunun elə ilk dəqiqələrindən irəli atılan İnter "Şuşa" oyunçusunun cərimə meydanında əli ilə oynaması nəticəsində penalti qazandı Karlsonsun dəqiq zərbəsi ilə hesab açıldı bundan sonra da hücumlarını davam etdirən "İnter" Rövşən Əmiraslanovun iki və Robertas Poşkusun bir qolu ilə hesabı 4:1 etdi "Şuşa"bu oyunda təsəlli qolu vura bildilər.Lakin bundan artığına gücü çatmayan "Şuşa" kubok oyununu 1/8 finalda dayandırdılar."İnter" 1/4 Finala vəsiqə qazandı.Növbəti turda rəqibimiz digər birinci diviziyon təmsilçisi olan "Abşeron"komandası olacaq Kaxaber Tsxadadze: "Gənc futbolçuları meydana buraxmışdıq, onların oyunu məni razı saldı"
"Çox güclü komanda ilə qarşılaşdıq. "İnter" bizə futbol dərsi keçdi. Komandamız bir neçə ay ərzində yığılıb, demək olar ki, hamısı yerli uşaqlardı. "İnter"ə uğurlar arzulayıram. İki aydan sonra "Şuşa" tamam fərqli komanda olacaq, heyətimizə yeni futbolçular qatacağıq. Hər bir komanda ilə istədiyimiz səviyyədə mübarizə aparacağıq".bu sözləri "İnter"lə oyundan sonra "Şuşa"nın baş məşqçisi Nadir Qasımov deyib. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze isə komandasından razı qaldığını bildirib: "Bu gün komandamdan razı qaldım. Ən əsas da gənc futbolçuları meydana buraxmışdıq, onların oyunu məni razı saldı. Ola bilsin ki, gələcəkdə yenə də gənc futbolçulardan istifadə etdik. "Şuşa" yeni və gənc komandadı, onlara uğurlar arzulayıram".
|