"Şturm” gürcü müdafiəçini qaytarmaq istəyir
Son Azərbaycan çempionu "İnter”in müdafiəçisi İlia Kandelaki yenidən Avstriyaya qayıda bilər. Avstriya mətbuatına istinadən xəbər verir ki, "Şturm” vaxtilə şərəfini qorumuş bu futbolçunu yenidən sıralarına qaytarmağın mümkünlüyünü nəzərdən keçirir. Qeyd edək ki, Kandelaki "Dinamo” (Tiflis), "Çernomorets” (Odessa), "Karl Zeiss” kimi klublarla yanaşı , 2008-2010-cu illər dövründə "Şturm Graz”da da top qovub. O, ötən ilin yayında "İnter”ə məhz Avstriya klubundan transfer olunub. Lakin indi "Şturm Graz” rəhbərliyi onu buraxmasına peşman olub və təcrübəli sol cinah müdafiəçisinə böyük ehtiyac hiss edir. Onun gedişindən sonra yaranan boşluğu doldura bilməyən klub rəhbərliyi yayda Kandelakini geri qaytarmağa çalışacaq.
mənbə penalti.az
|