"Azərbaycanın ən güclü fan klubu hansıdır" Sorğusunun qalibi "Caspian Ultras" fan qrupunun rəhbəri Tural Əlizadənin agligoylu.tk verdiyi eksklüziv müsahibə. -Tural bəy yaranması çoxda uzun zaman olmayan Caspian Ultras artıq özünü yetərincə tanıdıb bu nə ilə əlaqəlidir?
-Bəli düz qeyd etdiniz ki bir ay olar ki yaranmışıq o ki qaldı söz etməy məsələsinə gəlincə bizim ətrafımızda və yeni fan qrupumuzda ancaq fanatlardır.Bunu onlara borcluyuq
-Sizin üzvülərin əksəri əvvələr Fırtına fan klubunda olub bəs ayrılmanın səbəbi nədir?
-Əksəriyyəti deməzdim 10 nəfərə yaxın üzvümüz var ki əvvələr Fırtına fan klubunun üzvü olub.Ayrılmağın səbəbinə qalanda bu onların şəxsi istəkləri ilə olub.Dərnəliyə gedib səbəbləri açıqlamaq istəməzdim.Fırtına fan klubuna bundan sonrakı işlərində uğurlar arzulayıram
-Niyə məhs Caspian Ultras adını seçdiniz? Caspian Ultras adının açıqlamasın vermək istərdim.Caspian sözü Xəzər anlamını verir və ingilis dilindən tərcüməsidir.Tarixə də nəzər saldıqda cənub bölgəsində Caspi tayfaları yaşayıb bir azda bu səbədə Caspian adını götürmüşük.Ultras sözü isə dünyanın her bir ölkəsində demək olar ki istifadə edilir.Ultras radikal və dəlisov deməkdir.Məhs bunları nəzərə alaraq biz də fan qrupumuzu Caspian Ultras adını vermişik
-Fəaliyyət prinsipiniz nədən ibarətdi yəni əsas dəsti xəttdiniz necədir? İlk olaraq onu deyim ki biz bu yola çıxanda qarşımıza ən böyük olmaq məqsədini qoymuşuk.Azərbaycanda görünməmiş fanat ordusu yaratmaqdır.Çox ilklər eləmək fikirimiz var
-Neftçi ilə ənənəvi prinsipiyallığı saxlayacaqsınız yoxsa sülh?
Bilirsiniz bu oyun Azərabaycan Premyerliqasının ən maraqlı keçən oyunudur.Biz prinsipiyallığımızı yalnız meydanda 90 dəqiqə ərzində edəcəyik.Oyun bitdikdən sonra isə istəmərik ki dava dalaş düşsün.Biz Neftçi ilə yalnız oyunda rəqib olacağıq.Meydandan çıxandan sonra isə əlbətdə ki biz sülh tərəfdarıyıq.
Avro Liqayda komandanızdan nə gözləyirsiniz? Avro Liqa oyunlarına xüsusi hazırlığımız olacaq.Artıq bu gündən başlamışıq hazırlığa.Qaldı ki komadamızdan nə gözləyirik.Anca və ancaq adımıza layıq qələbələr,oyunlar gözləyitik.Ən azından Avro Liqanın qrup mərhələsinə düşəcəyimizə inanırıq.Allahın köməkliyi ilə
Gələcək planlarınız haqda nə deyırdiniz? Hal hazırda işlərimiz şükür Allaha qaydasındadır və öz yolunda gedir.Bütün istəklərimizə yavaş yavaş çatırıq.Az əvvəl qeyd elədiyim kimi böyük fanat ordusu yığmaq istəyimiz var.Bu yolda da böyük addımlar atmışıq az vaxt ərzində.İnşalllah gələn sezondan Xəzərin bütün oyunlarlnın harda oynamağından asılı olmayaraq fanatlarımızın bu oyunu canlı izləmək imkanı yaradacağıq.
Siz özünüzü ən güclü fan qrup sayırsınız? Hər halda səs vermə bunu göstərir. Əlbətdə sayırıq.Bizim fan qrupu ancaq fanatlardan ibarətdir.Bizim üstünlüyümüz bundadır.Ona görə də biz ən güclü seçildik.Bu adı da layiqincə daşımağa çalışacağıq. Elbetdeki sayiriq ...Bizim fan Grup ancaq Fanatlardan ibaretdir ...Bizim ustunluyumuzde budur ...Ona gorede biz en guclu secildik...Bu adida layiqince dashimaqa chalishacayiq.
Bu günlərdə saytımızda "Azərbaycanın ən güclü fan klubu hansıdır” adı altında sorğu keçirdik sorğuda Caspian Ultras Ultra Neftçi Flaqman Fırtına 12 ci oyunçu Forza Neftçi İnter Fan Kəpəz İmarət Xəmsə Bosman Bakı 11 sektor Qəbələ fan klubları yer almışdır.5 gün davam edən səs vermə yekunlaşdı.
Bu sorğuda Xəzər Lənkaranın yeni yaranmış fan klubu olan "Caspian Ultras” birinci oldu.Onlar sorğudakı 747 səsdən maksimum səs toplayaraq 110 səslə "Azərbaycanın ən güclü fan klubu adına layiq görülmüşdür. Sonrakı yerləri isə
2. Ultra Neftçi -94 səs
3. Flaqman -88 səs
4. Fırtına-88 səs
5. 12 ci oyunçu -66 səs
6. Forza Neftçi – 42 səs
7. İnter Fan – 40 səs
8. Kəpəz – 39 səs
9. İmarət – 37 səs
10. Xəmsə - 36 səs
11. Bosman – 27 səs
12. Bakı – 26 səs
13. 11 sektor – 23 səs
14. Qəbələ - 22 səs
15.Digər fan klub – 7 səs
Toplamışdır beləliklə Ən güclü fan klub adına yiyələnən "Caspian Ultras” fan klubunu təbrik edirik. www.agligoylu.tkMüstəqil İnter Azarkeş Portalı mükafat olaraq birinci yeri tutana "gün ərzində 50 000 istifadəçinin daxil olduğu veb saytda qalibin veb sayt bannerini yerləşdirəcəkdir.Lakin Caspian Ultrasın veb saytı olmadığından bu mükafatı təqdim etmək çətin olacaq.Lakin qərara gəlinib ki "Caspian Ultras”ın veb saytı olan zaman bannerləri həmən məhşur saytla yerləşdiriləcək.Yəni mükafat keçərlidir.
|