"Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 3-cü turunun "Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb, eləcə də "İnter”in forvardı Robertas Poşkusu almaq istəklərindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Rəvan”la oyuna həmişəki qaydada hazırlaşırıq. Bu oyun üçün qarşımıza maksimal vəzifələr qoymuşuq. Düzdü, komandamız hələ tam komplektləşməyib. Xüsusilə də hücum xəttimiz. Əlimizdə nə varsa, ondan yararlanmağa çalışacağıq. Yenilərə gəlincə, artıq Andrey Rubin gəlir. O, "Qarabağ”la məsələni yoluna qoyub və azad agent kimi komandamıza keçəcək. İndi sadəcə onunla müqavilə imzalamaq qalır. Lakin onun hazırda hansı formada olduğunu bilmirəm. Odu ki, Rubin ən yaxşı halda növbəti turda oyuna çıxa bilər. Mən həmçinin rəhbərliyə Robertas Poşkusu da xidmətimdə görmək istədiyimi bildirmişəm. Onun özünün də "Simurq”da çıxış etmək marağı var. Lakin bu məsələdə heç də hər şey bizdən asılı deyil. "Simurq” və "İnter” rəhbərliyi danışıb, razılığıa gəlməlidilər” azerisport.az
|