"Inter”dən uzaqlaşdırılan litvalı forvard Robertas Poşkusun müsahibəsi - İstirahətiniz necə keçir? -
Çox yaxşı. Evdə həmişə yaxşıdı. Ev işləri ilə məşğul oluram. Hava da
bizdə çox gözəldi. Dənizdə çimirəm. Dostlarla istirahət etmək həmişə
gözəldi. - Bununla yanaşı siz Klaypededə uşaq-gənclər turniri keçirməyə də imkan tapmısız... -
Artıq doqquzuncu dəfədi ki, bunu daimi olaraq şəhərimdə təşkil edirəm.
Altı ölkənin 14-15 yaşlılardan ibarət komandaları toplaşır. Bu il İsveç,
Almaniya, Latviya da iştirak edirdi. Çempionluğu latışlar bayram
etdilər. - Sizin "İnter” isə artıq toplanışa start verib... - Bilirəm. Onların harda olmasından da xəbərim var. Amma məsələ burasındadı ki, məndən çox az şey asılıdı. - Kaxaber Tsxadadzenin sizi komandada görmək istəməməsini nəzərdə tutursuz? - Əlbəttə. Əgər lazım deyiləmsə, deməli onun qərarıdı. Ona başqa futbolçular lazımdı. Mən buna normal baxıram. - Siz bu yay onunla əlaqə saxlamısız? - Xeyr, heç bir danışığımız olmayıb. - Hazırkı fiziki formanız haqda nə deyə bilərsiz? -
Hər şey yaxşıdı. Daim məşq edirəm, qaçıram. Formamı qorumağa çalışıram.
Axı mənim 21 yox, 25 yaşım var. Ona görə də özümə baxmalıyam. - Hər halda "İnter”lə daha bir illik müqaviləniz qalmaqdadı. Nə planlarınız var? -
Buna cavab vermək çətindi. Qərar verməliyəm. Bütün detalları danışmaq
lazımdı. Bəli, mən "İnter”in oyunçusuyam. Əgər heç bir yerə getməsəm,
əvəzedici komandada məşq edəcəm. - Yeri gəlmişkən, indi "İnter”də təmizləmə işləri gedir. Burda nələrin baş verdiyindən xəbəriniz var? -
Mən dəqiq deyə bilmərəm, amma bir şeyi bilirəm, heç bir komanda
heyətini bu şəkildə dəyişməklə mükafat qazana bilmir. Hər il 10-15
futbolçunu necə dəyişmək olar? Bu, qeyri-peşəkarlıqdı. Adətən, hər bir
futbolçu klubda 3-4 mövsüm çıxış edir. Amma "İnter”in etdiyini heç kim
həyata keçirmir. Belə güclü komanda qurulmur. - Amma həmyerliləriniz Deyvidas Çesnauskas və Ramunas Radaviçyus Azərbaycana gələ bilər... -
Onlar çox güclü futbolçulardı. Ümumiyyətlə, Azərbaycana yaxşı
legionerlər gəlməyə başlayıb. "Bakı” haqda da bir neçə kəlmə demək
istərdim. Onların yığdığı indiki heyətlə yüz faiz çempionluğa oynamaq
olar. - Sonda "Banqa”ya Bakıdakı oyunda nə məsləhətiniz var? -
Onların bəxti gətirib ki, Bakıya gəlmək imkanı qazanıblar. Şəhərinizi
gəzsinlər. Düzdü, onlara bir qədər isti olacaq. Amma əvəzində dənizdə
çimə bilərlər. Mənbə:Azerisport.az
|