"Ardıcıl 3 qələbədən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İnanırıq ki, "İnter”lə oyunda yaxşı nəticə əldə edəcəyik”.Bu sözlər "Neftçi” futbolçusu Slavço Georgievskiyə məxsusdur.
Makedoniyalı yarımmüdafiəçi Premyer Liqanın IX turunda keçiriləcək "İnter”lə görüş haqda fikirlərini bildirib: "Düzdür, "İnter”lə oyunlar həmişə çətin keçir. Bununla belə, baş məşqçinin taktikasını düzgün yerinə yetirsək, qələbə qazanacağıq. Fikrimcə, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar”. Mənbə: neftchifc.com
|