"Simurq”un Ruslan Poladovu "İnter”dən icarəyə götürməsi barədə məlumat vermişdik.Zaqatala klubu artıq futbolçu ilə rəsmi müqavilə imzalayıb.Anlaşmaya əsasən Ruslan mövsümün sonuna qədər "Simurq”un formasını geyinəcək. O, Zaqatala təmsilçisinin heyətində meydana 7 nömrəli futbolka ilə çıxacaq.