"Qapıçının bir səhvinə görə məğlub olduq. Bəlkə də o səhv olmasaydı, oyun başqa hesabla nəticələnərdi".Bu sözləri "İnter"lə oyundan sonra "Simurq" klubunun baş məşqçisi Sergey Yuran deyib.Yuran daha sonra "Belə bir səhvə görə məğlub olduğumuz üçün
təəssüflənirəm. Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm.
"Simurq”un heyətində bir neçə yeni futbolçu var.
Komanda formalaşma mərhələsindədir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün bir neçə oyun da keçirməliyik".
|