"Deyirlər ki, "Gəncə"nin heyətində bizə yaxşı qol vurmuşdun" Hər zaman legioner futbolçuların oynamasına üstünlük verən "İnter” yerli futbolçuları transfer etməyi də unutmur. "transfer pəncərə”si açılan kimi "bankirlər” bir neçə yerli futbolçuları öz heyətinə qatdı. Həmin oyunçular arasında Samir Zərgərovun adı var idi. Hələ qış fasiləsində "İnter”ə keçəcəyi gözlənilən futbolçunun keçidi bu yaxınlarda gerçəkləşdi. Hazırda "İnter”lə ölkə xaricində təlim-məşq toplanışında olan futbolçu ilə əlaqə saxlayaraq bir neçə suallarımızı cavabalndırmasını istədik. Futbolçu öncə hazırlıq barədə danışdı: "Hər şey çox yaxşı gedir. Məşqlərimiz də yüksək səviyyədədir. Kollektiv o qədər mehribandır ki, sanki çoxdandı "İnter”in oyunçusuyam”. Ardınca futbolçu "İnter”ə keçidi barədə bizə mlumat verdi: "Bildiyiniz kimi "İnter”ə keçidim hələ qış aylarından bəri gözlənilirdi. Yəni söhbətlər var idi. Açığını desəm, təkliflər də çox idi. Azərbaycanın bir neçə iddialı klubundan da dəvətlər olmuşdu. Ancaq mən "İnter”i seçdim. İnşallah seçimimdə peşman olmaram. "İnter” rəhbərliyinin təklifi hər mənada məni razı saldığına görə keçidə razılıq verdim”. Başa çatan mövsüm gözlənildiyindən də aşağı səviyyədə çıxış edən "İnter”in qarşıdaki mövsümdə yenə çempionluğa oynayacağı dəqiqdir. Samir, qarşıdaki mövsüm əsas heyətdə olması üçün çox çalışacağımı söylədi: "İnşallah qarşıdaki mövsüm komandanın iştirakı ilə keçirilən bütün oyunları oynamaq və ən yaxşı yerlərdə olmağı istəyirəm. "İnter”lə çempionluğu qazanmaq isə mənim üçün unudulmaz hadisə olardı”. Zərgərov, Kaxaber Sxadadze ilə münasibətlərindən də danışdi: "Komandaya gələn gündən Kaxaber Sxadadze ilə münasibətim yaxşıdır. Demək olar ki, hər məşq onunla danışırıq. Öz göstərişlərini yerində verməyi xoşlayır. Münasibətimiz çox yaxşıdır”. Yarımmüdafiəçi, iddialı klubda oynamağın elə də çətin olmayacağını bildirdi: "Məncə, iddialı klubda oynamaq mənə elə də çətin olmayacaq. Neçə ildir ki, Azərbaycandakı klublara qarşı oynamışam. Məncə, "İnter” kimi klubun heyətində iddialı klublara qarşı oynamaq daha rahat olacaq”. 2010-2011 mövsümündə Gəncədə yerli komanda ilə "İnter” arasında keçirilən çempionatın növbəti turunda Samir Zərgərovun vurduğu qolla komanda qələb qazanmışdıi: "İnter” qarşı keçirdiyimiz matçı çox yaxşı xatırlayıram. Mən deyərdim ki, o gün mənim günüm idi. Hərdən "İnter”də deyirlər ki, bizə yaxşı qol vurmuşdun”. Sonda isə futboçu, "İnter”də daha inamlı təsir bağışlayıb milliyə dəvət olunacağına inandığını bildirdi: "Yeni klubumda "Gəncə”dəki oyunumdan da yaxşı futbol nümayiş etdirib, millidə daim olmaq istəyirəm”.
Premyerliqa.az
|