Sloveniyadakı toplanışda zədə alan Samir Zərgərov artıq komanda ilə birgə məşqlərə başlayıb. Yarımmüdafiəçinin "Bakı" ilə oyunda meydana çıxa bilməyəcəyi artıq dəqiqdi. Zərgərov hazırkı durumu ilə bağlı premyerliqa.az-a bunları dedi: "Müalicəm başa çatıb, zədəm artıq sağalıb. Komandanın məşqlərinə yenicə qoşulmuşam. "Bakı"ya qarşı forma geyməyim mümkün olmayacaq. Amma inanıram ki, komandamız mənsiz də bu oyunda qələbə qazanacaq. Düzdü, Bakı mövsümə elə də uğurlu başlamayıb. Onlar bu matça dönüş nöqtəsi kimi baxırlar. Mənə elə gəlir ki, maraqlı oyunun şahidi olacağıq. O ki qaldı mənim nə vaxt meydana çıxacağıma, ola bilsin ki, növbəti turlarda oynayım". ədə səbəbindən millidən də kənar qalan futbolçu buna görə heyfislənir: "Yığma komandaya yeni cəlb olunmuşdum. Zədəm imkan vermədi ki, seçmə mərhələ oyunlarında komandaya kömək edim. Formada olsaydım, yəqin ki, Berti Foqts mənə də dəvət göndərəcəkdi. Heyfislənirəm ki, milliyə kömək edə bilmədim".
premyerliqa.az
|