"Bursaspor"a iki qol vursaq da, baş hakim qeydə almadı"
"İnter"in futbolçusu Samir Zərgərovun müsahibəsi
- Samir, toplanış necə gedir? - Hazırlığımız öz
qaydasında davam edir. Hər şey yüksək səviyyədədir. Kollektivimiz də
güclü futbolçulardan qurulub. Bütün məşqlərdəyeniliklər öyrənməyə
çalışırıq baş məşqçinin tapşırıqlarını daha düzgün yerinə yetirməyə can
atırıq.
- Toplanışın gedişində yoldaşlıq görüşlərində də qüvvənizi
sınadınız. TürkiyəSuperliqasının iki güclü klubu "Bursaspor"
və"Antalyaspor"la üz-üzə gəldiyiniz oyunlar barədə nə deyə bilərsən? -
Hər iki rəqib səviyyəli idi. Güclü dəheyətləri var idi. Elə "Bursaspor"
özü Türkiyə çempionluğunu yaşamışdı. Bütün bunlara baxmayaraq, biz heç
də onlardan geri qalmadıq. Hər iki oyun eyni səviyyədə keçdi.
"Bursaspor"la qarşılaşmada iki qol vursaq da, baş hakim qeydə almadı.
Halbuki həmin epizodlarda oyundankənar vəziyyət də yox idi.
"Antalyaspor"la da yenə eyni səviyyəli futbol oynadıq. Əsas odur ki,
komandanın oyunu günü-gündən daha yaxşı formaya gəlir.
- Öz oyunundan razı qaldınmı? Kaxaber Tsxadadze bu oyunlardan sonra sənə nə dedi? - Bu görüşlərdə elə də pis oynamadım. Məşqçilər korpusu da öz razılıqlarını bildirdilər.
- Mövqeyində rəqabət güclüdür? - Əlbəttə. Amma
yenədə çalışıb əsas heyətdə özüm oynamağa çalışacam. Elə hiss edirəm ki,
mən oynaya bilərəm. İlk gündən baş məşqçi də mənimlə yaxşı
münasibətdədir. Güvəndiyini də deyir.
- 2011/2012 mövsümünün ilk turunda "Turan"ı qəbul edəcəksiniz. Bu oyun haqda hansı fikirdəsən? -
İnşallah komanda yoldaşlarımızla əsl oyunumuzu nümayiş etdirsək,
"Turan"a qalib gələcəyimizə tam əminəm. Rəqib barədə də bəzi məlumatlar
əldə etmişəm. Bildiyimə görə, komandada köklü dəyişiklər olub. Bir neçə
tanış futbolçular da var. Komanda hazırda güclüdür. Buna baxmayaraq, biz
qələbə üçün oynayıb, 3 xal əldə etməyə çalışacağıq.
- Ötən mövsüm "Kəpəz"da nümayiş etdirdiyin futbolu "İnter"də davam etdircəyinə inanırsanmı? -
"Kəpəz" karyeramda tramplin rolunu oynadı. Karyeramda ən düzgün addımı
ora getməkləetmişəm. "İnter"dəorada oynadığımdan da çox yaxşı
oynayacağıma əminəm.
- Bakıya nə vaxt dönürsünüz? - İnşallah, 29-da. Ona kimi komandanın çempionata tam hazır olacağına əminəm.
Mənbə: premyerliqa.az
|