"Komanda mövsümə tam hazırdır”. Bu sözləri açıqlamasında "İnter”in yarımmüdafiəçisi Samir Zərgərov deyib. Yayda "bankirlər”in heyətinə transfer olunan Zərgərov şənbə günü yeni komandasında debüt edə bilməyəcək. Buna səbəb onun Sloveniyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnməsidir: "Sloveniyadakı toplanış zamanı əzələm dartıldı. "Turan”la oyunu buraxacağım dəqiqdir. Həkimlər 3 həftədən sonra yaşıl meydanlara dönə biləcəyimi bildiriblər. Artıq fərdi məşqlərə başlamışam. Üç gündür trenajor zalda hazırlıq keçirəm. Gələn həftədən isə yüngül qaçışlara başlayacam”.
Əvvəlki illərdən fərqli, bu dəfə transfer bazarında yerli oyunçulara üstünlük verən "İnter”in zəif çıxış edəcəyi ilə bağlı fikirlər səslənsə də, müdafiəçi bununla razılaşmır: "Azərbaycanlı futbolçular oynamaqla, komanda zəifləməz. "İnter” ötənilkindən daha güclüdür və daha yaxşı çıxış edəcək. Çünki komandaya cəlb edilənlərin hamısı oynayan uşaqlardır. Təki komandada yerli futbolçular oynasın”.
Komandanın məqsədinin dəyişmədiyini bildirən Zərgərov qızıl medal uğrunda mübarizə aparacaqlarını qeyd edib: "Məqsəd çempion olmaqdır. Buna doğru irəliləyəcəyik”.
apasport.az
|