"İnter" ilk transferini reallaşdırıb.Mövsüm başa çatandan sonra 11 oyunçusu ilə yollarını ayıran bank klubunun ilk transferi yerli futbolçu olub. Belə ki, "İnter" "Gəncə"nin 25 yaşlı yarımmüdafiəçisi Samir Zərgərovu heyətinə qatıb. Onunla bir illik müqavilə imzalanıb. Qeyd edək ki, son mövsüm "Gəncə"nin formasını geyinən Samir sentyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi. O, "Gəncə"dən əvvəl "Standard" və "Qəbələ" klublarının formasını geyinib.
|