Главная » 2011 » sentyabr » 27 » Samir Zərgərov:İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq.
18:24 Samir Zərgərov:İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. |
Samir Zərgərov: «Onları taktiki hazırlıqda üstələyə bilərik» «İnter»in yarımmüdafiəçisi Samir Zərgərovun klubun rəsmi saytına müsahibəsi - Ötən turda komandamız "Kəpəz"lə görüşdü. Keçirilən oyun barədə sənin fikirini öyrənmək istərdik... - "Kəpəz"lə oyun çox maraqlı oldu. Hər iki komanda kifayət qədər qol şansı əldə etdi, lakin bu vəziyyətləri dəyərləndirə bilmədi. Biz fərqlənmək üçün daha çox fürsət yaratdıq, amma şansızlıq hesabı açmaqa imkan vermədi.
- "İnter"dən əvvəl sən məhz "Gəncə"nin şərəfini qoruyurdun. Keçmiş komandaya qarşı oynamaq sənin üçün necə alındı? - Bu, mənim üçün adi oyun idi. Hər görüşdə olduğu kimi, qələbə qazanmaq istəyirdim, təəssüf ki, alınmadı.
- Qarşıda komandanı "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərdin? - İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. Hansısa proqnozları vermək istəmirəm. Bütün sualların cavabını keçiriləcək oyun verəcək.
- "İnter" nəyin hesabına "Xəzər Lənkəran"ı üstələyə bilər? - "İnter"in potensialı hər rəqibi üstələməyə imkan verir. Fikirimcə, onları taktiki hazırlıqda da üstələyə bilərik.
- Rəqibin birinci yerdə getməyi "İnter"i qorxutmur ki? - Yox, bu bizi qorxutmur. Çempionatın indiki mərhələsində istənilən komanda birinci yerdə gedə bilər. Meydana çıxanda bizi rəqibin turnir cədvəlindəki yeri maraqlandırmır. Əsas məqsədimiz qələbə qazanmaqdı.
- Bu mövsüm "Xəzər Lənkəran"ın oyunlarını izləmisən? Bu komanda haqqında hansı fikirdəsən? - Bir neçə oyunlarını izləmişəm. Deyə bilərəm, ki onlar pis təsir bağışlamırlar. Bilirəm ki, bu klub hələ də çempionatda məğlub olmayıb, amma ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacaqlarına ümid edirəm.
- "İnter"in heyətində sən artıq üç görüşdə meydana çıxmısan. Hətta debüt oyunda fərqlənməyi da bacarmısan. Keçirilən görüşlərdə öz oyunundan razı qaldın? - Sevindirici haldı ki, elə "Sumqayıt" klubuna qarşı keçirilən debüt oyunumda qol vurdum və komandamız qələbə qazandı. Qeyd etmək istərdim ki, mən təzəlikcə zədədən sağalmışam və hələ də optimal formada deyiləm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərib komandama daha böyük fayda verə biləcəyəm.
|
Категория: Müsahibələr |
Просмотров: 554 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|