Главная » 2011 » Oktyabr » 1 » Samir Zərgərov"Hamı gördü ki, biz "Xəzər Lənkəran"dan güclü idik"
11:31
Samir Zərgərov"Hamı gördü ki, biz "Xəzər Lənkəran"dan güclü idik"
"İlk hissədə daha baxımlı oyun alındı. Biz daha çox hücum edirdik və daha istəkli idik". Bu sözləri bu gün "Şəfa"da "Xəzər Lənkəran"a qalib gəlmiş "İnter"in yarımmüdafiəçisi Samir Zərgərov Premyerliqa.az-a açıqlamasında deyib. Zərgərov rəqibdən üstün oynadıqlarını və layiqli qələbə qazandıqlarını da söyləyib: "Oyuna baxanlar da gördülər ki, biz "Xəzər Lənkəran"dan yaxşı oynadıq. Yəni, oyunun nəticəsi ədalətli oldu. Lənkəranlılar digər oyunlarla müqayisədə zəif təsir bağışladılar. Biz daha güclü oynadıq və layiqli qələbə qazandıq".