Turan"la oyundan sonra "İnter" məşqləri bərpa edib.Komanda bu gün bərpa məşqinə çıxıb. Baş məşqçi Kaxaber Tsxadadze dünən yetirmələrinə istirahət vermişdi. Bu gün isə komanda "Qarabağ"la oyunun hazırlıqlarına start verib. Komanda səhər "Şəfa" stadionunda məşqə çıxıb. Axşam məşqi isə Suraxanı qəsəbə stadionunda keçirilib. Qeyd edək ki, əsas komandayla məşq prosesinə əvəzedici heyətdən 3 futbolçu cəlb edilib. Zədəli Samir Zərgərov da fərdi proqram üzrə məşqlərə başlayıb.