"Xəzər Lənkəran”la oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı”. "İnter”in futbolçusu Samir Zərgərov deyib.
Yarımmüdafiəçi qarşıdakı oyunlarda daha diqqətli olmağın vacibliyini vurğulayıb: "Artıq mövsümün sonudu və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməsi üçün var gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.
Fanat.az
|