Komandaya transfer olunandan sonra Sloveniyadakı təlim-məşq toplanışında zədələnərək sıradan çıxan Samir Zərgərov sıraya dönüb. Premyerliqa.az xəbər verir ki, futbolçu sabah "Simurq"la keçiriləcək matçda meydana çıxa bilər. Bu baş verəcəyi halda, Zərgərov həm cari mövsüm, həm də "İnter"in heyətində ölkə çempionatında debüt etmiş olacaq. Futbolçunun qısaca fikirlərini də diqqətinizə çatıdarq: "Oyuna tam hazıram. Baş məşqçi şans verərsə, meydanya çıxıb son ana qədər mübarizəmi apara bilərəm".
|