Sabah Premyer Liqanın IV turdan təxirə salınmış oyunu çərçivəsində "İnter"i qəbul edəcək. Samir bu dəfə daha bir keçmiş komandasına qarşı oynamalı olacaq. Futbolçu oyundan öncə fikirlərini açıqlayıb: "Bir vaxtlar "İnter"in şərəfini qorumuşam. Bu komanda Premyer Liqada hər zaman çempionluğa oynayıb. Ona görə, qarşılaşma bizim üçün çox çətin keçəcək. "Sumqayıt" "İnter"lə oyuna yalnız qələbə üçün çıxacaq. İnşallah doğma meydançamızda azarkeşlərimizi yenə sevindirərik".