"İnter”in Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Yunanıstanın "Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis bu ölkənin mətbuatına müsahibə verib. Yunan çalışdırıcı Bakı klubu ilə qarşıdakı oyunla, növbəti mövsüm və 19 yaşlılardan ibarət yığmalarının Avropa çempionatında yığmasının heyətində yer alan 2 futbolçusu haqda fikirlərini açıqlayıb.
- "İnter”lə oyuna hazırlığı başa vurub, Azərbaycana yollanırsınız. Komanda səfər matçına nə dərəcədə hazırdır? - Bu, bizim üçün çətin sınaq olacaq. "İnter” yaxşı komandadır və bizi ağır oyun gözləyir. Bu müddətdə komandamızı lazımı dərəcədə hazırladıq. Rəhbərlik komandada təşkilatlanmağı üçün hər şey edib. Bizə ən yaxşı şəkildə şərait yaratdılar. Karpenisidəki idman mərkəzində hazırlaşdıq. Ora komandanın sürətli və ən yaxşı şəkildə hazırlığı üçün bütün tələblərə cavab verir.
- Komandadakı çatışmazlıq hansıdır?
- Çatışmazlıq odur ki, oyunlar keçirsək də, komanda ritmini tuta bilmədik. Ancaq mərc gəlirəm ki, "İnter”ə qarşı 2 oyunda ötən ilki komandamız olacaq. Hesab edirəm ki, futbolçularımız oyuna köklənərək, yaxşı çıxış edəcəklər. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk oyuna daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.
- Superliqanın növbəti mövsümündən nə gözləyirsiniz?
- Nə qədər çətin olsa da, biz ötən mövsümdə Avroliqaya vəsiqə qazana bildik. Əsas rəqiblərimiz "Olimpiakos”, "Panatinaikos”, AEK, PAOK-dur. Bu, həqiqətən çətin çempionatdır. Yaxşı start vacib rol oynayır. Komanda çempionata yaxşı başlamaqla, yaxşı atmosfer və gələcək üçün yaxşı şərait yaranır. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk oyunumuza qədər daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.
- Yığmamızın Avropa çempionatında uğurlu çıxışı haqda nə deyə bilərsiniz?
- Gənclərimizin çıxışı göstərir ki, Yunanıstanda çoxlu yaxşı material var. Yığmada yer alan futbolçularımızdan Dimitris Kurvelislə Anastasios Bakasetas ötən il komandamızda oyun praktikası qazanaraq, yerlərini tutdular. İnanmaq istərdim və ümid edirəm ki, bu il onlar üçün daha məzmunlu olacaq.
|