"Bursaspor" futbol komandasının baş məşqçisi Ərtoğrul Sağlam oyundan
sonra yoldaşlıq matçı barədə fikirlərini bizimlə bölüşməyə razılıq
verdi:"Gözəl matç oldu. Komanda olaraq "İnter" yaxşı təsir bağışladı. Birinci
hissədə komandanız çox yaxşı oynadı. İkinci hissədə heyətiniz
dəyişdirildi və bu da, zənnimcə, oyun nizamının pozulmasına səbəb oldu.
Amma onu da vurğulamaq lazımdır ki, hazırlıq prosesi hələ davam edir.
İrəlidə daha yaxşı olacağını düşünürəm və "İnter"ə uğurlar arzulayıram".
|