"Bulıkinlə bağlı konkret bir söz deyə bilmərəm. Çünki mənim də xəbərim yoxdur”.
Bu
sözləri "İnter”in mətbuat xidmətinin
rəhbəri Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisi Rusiya millisinin
sabiq üzvü, hazırda isə karyerasını "Anderlext”də davam etdirən Dmitri
Bulıkinin transferi ilə bağlı xəbərləri nə təkzib, nə də təsdiq edib.
Məmmdəov
beş futbolçu ilə danışıqlar apardıqlarını söyləsə də, onların adlarını
çəkməyib: "Bəli, hazırda beş futbolçu ilə danışıqlar aparırıq. Ancaq
adlarını çəkə bilmərəm. Çünki bu barədə mənə də bir söz deməyiblər. Bu
işlərlə məşqçilər kopusu maraqlanır”.
Qeyd edək ki, "İnter"in Bulıkini transfer etdiyi ilə bağlı xəbərlər yayılıb.
Mənbə:qol.az