"Transfer pəncərəsi" dövründə AZAL heyətinə iki futbolçu qatacaq. Artıq onlardan birinin adına aydınlıq gəlib.Əldə etdiyimiz mıəlumata görə, mövsümün əvvəlində "İnter"ə keçən Ruslan Poladov "bankirlər"i tərk edir.
Cari mövsüm nadir hallarda meydana çıxan yarımmüdafiəçinin paytaxtda qalacağı güman edilir. Çempionatın ilk "altılığ"ı uğrunda mübarizə aparan AZAL Ruslanla yaxından maraqlanır.
Məlumata görə, "bankirlər"in futbolçusu qarşıdakı altı ayı məhz "təyyarəçilər"in heyətində keçirəcək.